Şeyx Soyqırımı Günü münasibətilə dünya ictimaiyyətinə müraciət edib

img

30-03-2011 [02:24]


Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə 31 mart Azərbaycanlıların Soyqırımı Günü münasibətilə dünya ictimaiyyətinə müraciət edib. QMİ-dən MİA-ya daxil olan müraciətdə bildirilir ki, XX əsr ərzində müstəqilliyə qovuşmaq səadətinə nail olan Azərbaycan xalqı, təəssüflər olsun ki, mənfur düşmənlərin məqsədli şəkildə törətdikləri vəhşi qətliamlar səbəbindən on minlərlə övladını qurban verib: Azərbaycanlılara qarşı məkrlə düşünülən, xaincəsinə cızılmış plan əsasında xüsusi amansızlıqla həyata keçirilmiş soyqırım siyasəti nəticəsində soydaşlarımız öz doğma torpaqlarından didərgin salınıblar. Silahsız, dinc əhaliyə qarşı uşaq, qadın, qocalara məhəl qoyulmadan, xüsusi qəddarlıqla gerçəkləşdirilib, bütöv kənd, şəhər və yaşayış məskənlərinin, maddi və mənəvi irsin vandalcasına məhv edilməsi ilə müşayiət olunmuş soyqırım aktları xalqımızın yaddaşında dərin iz qoyub. Azərbaycanın bir çox yerlərində 93 il bundan əvvəl ? 1918-ci ilin martında törədilmiş ağlasığmaz soyqırım cinayətlərinin qanlı izləri - kütləvi insan qəbirstanlıqları mövcuddur. Qubadakı kütləvi məzarlıq buna əyani misaldır. Din xadimi olaraq, diqqəti məsələnin mənəvi-əxlaqi tərəfinə yönəltmək istəyirəm: bütün səmavi dinlər müqəddəs dəyər olan insan həyatına edilən qəsdi bağışlanmaz günah sayır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA