AiDP sədrindən hakimiyyətə xəbərdarlıq

img

30-03-2011 [02:19]


?Son proseslər göstərdi ki, korrupsiyaya qarşı mübarizə hakimiyyət nümayəndələrinin iddia etdiyi kimi effekt vermir. Əksinə bu prosesin görüntü xarakteri daşıdığı üzə çıxdı?. Bu fikri Azərbaycan İslam Demokrat Partiyasının sədri hacı Tahir Abbaslı deyib. Onun sözlərinə görə, korrupsiyaya qarşı mübarizə kompleks şəkildə aparılmalıdır: ?Hansısa rayonda bələdiyyə rəisini, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon şöbəsinin işçilərini həbs etməklə iş bitmir. Bu korrupsiyaya qarşı mübarizə deyil. Bu konkret cinayət faktlarıdır və üstünü açıb həmin insanları həbs edirlər. Belə addımlarla ?korrupsiyaya qarşı mübarizə aparırıq? demək mümkün deyil. Korrupsiyaya qarşı mübarizə çərçivəsində ölkədə həyata keçirilən layihələrə büdcədən xərclənən vəsaitlər araşdırılmalıdır. İri müəssisələrin, şirkətlərin tenderleri hansı yollarla əldə etməsi prosesi təftiş edilməlidir. Sahibkarlıq fəaliyyətinə ?yaşıl işığ?ın necə yandırılması faktları aşkarlanmalıdır. Amma təəssüf ki, korrupsiyaya qarşı mübarizə adı ilə sıravi yol polisləri işdən çıxarılır?. AİDP sədri bildirib ki, korrupsiyaya qarşı effektli mübarizə aparmaq üçün maaşlar də nəzərəçarpacaq dərəcədə artırılmalıdır. Əks təqdirdə korrupsiyaya qarşı mübarizə səviyyəsindən asılı olmayaraq heç bir effekt verməyəcək: ?Bu isə indiki məqamda hakimiyyətin ziyanına işləyən məsələdəir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA