ADP ATV kanalından təkzib verməyi tələb edir

img

30-03-2011 [12:48]


Bəzi informasiya kanalları, xüsusilə də Azad Azərbaycan televiziyası AXCP sədri Əli Kərimlinin guya 30 mart 2011-ci il tarixdə Azərbaycan Demokrat Partiyasının mərkəzi qərargahında hizbullahçı və digər dini qrupların nümayəndələri ilə görüş keçirəcəyi haqqında məlumat yayıb. ADP Mətbuat Xidməti bildirir ki, bu məlumat tamamilə əsasızdır, qərəzli xarakter daşıyır və AXCP rəhbərliyi ADP-yə belə bir görüş keçiriləcəyi ilə əlaqədar müraciət etməyib. ADP Mətbuat Xidməti yanlış məlumatın dəqiqləşdirilmədən yayılması ilə əlaqədar təəssüfünü bildirir və bu məlumatı yaymış informasiya kanallarından təkzib verməyi tələb edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA