YAP Gənclər Birliyi Qubada 31 Mart soyqırımı günü ilə bağlı tədbir keçirib

img

29-03-2011 [02:03]


YAP Gənclər Birliyi Qubada 31 Mart ? Azərbaycanlıların soyqırımı günü ilə bağlı dəyirmi masa keçirib. Dəyirmi masada çıxış edən Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, azərbaycanlılar bir əsr ərzində dəfələrlə ermənilərin hücumlarına məruz qalıb: ?1905-1907, 1918-ci illərdə ermənilər azərbaycanlılara qarşı soyqırımı törətməklə özlərinin barbar təbiətini bütün dünyaya göstərdilər. 1992-ci ildə isə Xocalı soyqırımını törətməklə, ermənilər bir daha qətliam və qırğın üzərində qurulmuş siyasətlərini nümayiş etdirdilər. Quba məzarlığı isə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımının əyani sübutudur?. Çıxış edən YAP Quba rayon təşkilatının sədri Ədalət Nəbiyev, YAP Quba rayon təşkilatının Gənclər Birliyinin sədri Rəşidə Məhərrəmova və digər partiya fəalları ermənilərin tarix boyu azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı faktlarını bir daha diqqət mərkəzinə çəkiblər və bunu pisləyiblər. Çıxış edən gənclər bundan sonra da azərbaycanlılara qarşı törədilmiş soyqırımı faktlarını dünyaya tanıtmaq üçün bütün güclərini səfərbər və dövlət tərəfindən yaradılmış əlverişli şəraitdən maksimum səviyyədə istifadə edərək, ermənilərin əməllərini ifşa edəcəklərinə söz veriblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA