?Yazayan tarix? layihəsi davam edir

img

28-03-2011 [03:27]


Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən 2 mart 2011-ci il tarixdə ?Yaşayan tarix? adlı layihəyə start verilib. Layihə çərçivəsində II Dünya müharibəsinin veteranlarının hər biri haqqında ayrı-ayrılıqda qısametrajlı sənədli filmlər çəkilir. Videoçarxların çəkilməsində məqsəd, II Dünya müharibəsində azərbaycanlı döyüşçülərin faşızm üzərində qələbənin əldə olunmasında göstərdikləri qəhrəmanlıqları haqda xatirələrini onların öz dilərindən lentə almaq və bu filmlərdən gənc nəslin hərbi-vətənpərvərlik ruhda tərbiyəsi sahəsində əyani vəsait kimi istifadə etməkdir. Qeyd edək ki, artıq 11 rayonda filmin çəkilişləri yekunlaşdırılmışdır. Bugünkü tarix üçün çəkiliş qrupları paytaxt rayonlarından - Binəqədi, Yasamal, Nəsimi, Nərimanov, Nizami, Səbail, Suraxanı, Xətai rayonlarında və mərkəzləri Bakıda yerləşən işğal olunmuş Qubadlı, Laçın rayonunda və Şuşa şəhərində olan, umumilikdə 200-ə yaxın veteran haqda videoçarxların çəkilişini başa çatdırıb. Qeyd edək ki, ?Yaşayan tarix? layihəsi çərçivəsində 30 mart 2011-ci il tarixindən çəkiliş qrupları respublikamızın rayonlarına ezam olunacaq və rayonlarda yaşayan veteranlarla bağlı çəkilişlərə başlanacaq. Çəkilişlər Naxçıvan Muxtar Respublikası daxil olmaqla respublikamızın əksər rayon və şəhərlərində aparılacaqdır. Peşəkar çəkiliş qrupu ilə yanaşı, ali və orta ixtisas təhsil müəssisələrinin tələbələrinin də iştirak etdiyi çəkilişlərin yekununda bütün video materiallar toplanaraq sənədli film hazırlanacaqdır. Film 2011-ci il 9 May - Qələbə günüdə geniş ictimaiyyətə təqdim ediləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA