Jurnalistlər etiraza hazırlazır

img

28-03-2011 [01:26]


Bir qrup jurnalist azad mətbuata təzyiqlərə sonu qoyulmasi tələbi ilə forum keçirilməsi təşəbbüsü qaldırıb. Qrupun təmsilçisi Şahvələd Çobanoğlunun imzası ilə yayılmış açıqlamada forumun keçirilməsini zəruri edən səbəblərdən bəhs olunur: "Azərbaycanda jurnalistlərə qarşı təzyiqlər yenidən şiddətlənib. ?Azadlıq? qəzetinin yazarı Seymur Həzinin oğurlanaraq döyülməsi və ölümlə təhdid edilməsi göstərir ki, siyasi hakimiyyət tənqidi fikrə qarşı reaksiyalarında ən kobud üsullara əl atmaqdadır. Hamımız anlayırıq ki, bu günlərdə azad medianın daha böyük ictimai dəstəyə ehtiyacı var". Ona görə də qeyd olunur ki, baş vermiş hadisədən dərhal sonra jurnalistlər bu dəstəyi nümayiş etdirmək üçün 29 mart 2011-ci ildə ?Azad mətbuata qarşı təzyiqlərə son qoyulsun? adlı İctimai Forum keçirməyə qərar verib: "Bu, təkcə jurnalistlərin forumu deyil, bu tədbirdə Azərbaycan ictimaiyyətinin fəalları azad mətbuata dəstəyini bildirməli, jurnalistlərə qarşı təzyiqlərə etiraz etməlidir. Bu vətəndaş cəmiyyətinin mediaya dəstək forumudur". Təşəbbüs qrupu xahiş edir ki, cəmiyyətin siyasi aktiv kəsimi həmin tədbirə qatılsın, öz ştirakı ilə azad sözün müdafiəsinə töhfə versin: "Gəlin unutmayaq ki, jurnalistika təkcə jurnalistlərin peşəsi deyil, o, cəmiyyətin doğru xəbər almaq kimi vaz keçilməz ehtiyacını ödəyir və ifadə azadlığı kimi fundamental hüququn var oluşunu təmin edir". Təşəbbüs qrupuna Mehman Əliyev, Qənimət Zahid, Rövşən Hacıyev, Şahvələd Çobanoğlu, Əvəz Zeynallı, Emin Hüseynov və başqaları daxildir. Forum sabah saat 12-də ADP-nin qərargahında keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA