Bakı Şəhər icra Hakimiyyətinin qanunsuz hərəkətlərinə qarzı geniz cəbhə açılıb

img

28-03-2011 [01:21]


Vahid Azərbaycan Milli Birlik Partiyası (VAMBP) tərəfindən hazırlanan və siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, KİV-lərin rəhbərlərinin, tanınmış ziyalılar Bakı Şəhər İcra Hakimiyyətinin qanunsuz hərəkətləri haqqında bəyanat imzalayıblar. MİA-ya daxil olan bəyaanatda deyilir: Siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının və KİV-lərin rəhbərləri, tanınmış ziyalılar Bakı Şəhər İcra Hakimiyyətinin qanunsuz hərəkətləri haqqında bəyanat yaymışlar. Bəyanatda deyilir: ?Son vaxtlarda Bakı Şəhər İcra Hakimiyyəti şəhərin mərkəzində Nazirlər Kabinetinin müvafiq qərarının və təsdiq olunmuş layihənin belə olmadığına baxmayaraq ?park-bağ? salınması bəhanəsi ilə Füzuli, Ş.Bədəlbəyli, Ə.Topçubaşov, R.Rza küçələrində sözün əsl mənasında vandalizm aksiyaları həyata keçirib: polisin müdaxiləsi, zorakılıqla yüzlərlə mülkiyyətçi və onların ailələri mənzillərindən küçəyə atılıb və yaşayış binaları, hətta memarlıq abidələri uçurulubdur. BŞİH mənzillərin həqiqi bazar qiymətini nəzərə almadan, sanki boş torpaq sahəsi üçün vahid satınalma qiyməti (1 kv. m. üçün 1500 manat) müəyyən edib və bununla razılaşmaq istəməyən vətəndaşları zorakılıqla mülkiyyətindən məhrum edib, təqib və repressiyaya məruz qoyubdur. Məsələn, zorakılıqla söküntüyə məruz qoyulmuş Füzuli küçəsi, 54 saylı binada qaz xəttinin açıq qoyulması üzündən faciə baş verib, qaz partlayışı nəticəsində bir ailədə 4 nəfər ağır yanıq xəsarəti alıb, ailə başçısı Vaqif Sadıqov isə dünyasını dəyişibdir. Füzuli küçəsindəki 58 saylı binada yaşayan mülkiyyətçilərdən 74 yaşlı Həsən Quliyev ürək tutmasından vəfat edib, Larisa Abbasova ağır xəsarət alıb, 11 nəfər qadın, o cümlədən 71 yaşlı xəstə Eleonora Qarayeva zorakılıqla evindən çıxarılaraq polis bölməsinə aparılıb, bir gün orada saxlanılıb və bu zaman həmin memarlıq abidəsi olan bina məhv edilibdir. BŞİH məmurlarının məhz belə cinayətkar hərəkətləri nəticəsində ?söküntü ərazisi?ndə olan 17 memarlıq abidəsinin hamısı tamamilə dağıdılıbdır. Ölkəmizdə elm və təhsilin inkişafında, dövlət müstəqilliyinin əldə edilməsində və qorunmasında dəyərli xidmətlər göstərmiş, ilk Milli Məclisin deputatı, Lənkəran Dövlət Universitetinin qurucusu və ilk rektoru olmuş, Vahid Azərbaycan Milli Birlik Partiyasının (VAMBP) sədri, professor Hacıbaba Əzimov da mülkiyyətçisi olduğu mənzilindən məhrum edilib. Belə ki, 2010-cu il dekabrın 30-da BŞİH-in əməkdaşı Zülfəli İsmayılovun göstərişi və fəal iştirakı ilə prof. H.Əzimov və ailəsi Ə.Topçubaşov, 62 ünvandakı mənzilindən zorakılıqla küçəyə atılıb və memarlıq abidəsi olan həmin bina da vəhşicəsinə uçurulub. Bununla da həm H.Əzimovun ailəsi yeganə sığınacağından, həm də həmin binada yerləşən VAMBP mənzil- qərargahdan məhrum edilib. Dövlətçiliyimiz üçün üz qarasıdır ki, yüzlərlə hüququ pozulmuş mülkiyyətçinin şikayətinə Nəsimi, Yasamal və Səbayıl Rayon Məhkəmələrində mahiyyəti üzrə baxılmayıb və ya qəsdən məhkəmə baxışları ağlasığmaz dərəcədə uzadılıb, vətəndaşların mülkiyyət və insan hüquqları təmin edilməyib. Rüsvayşı haldır ki, mülkiyyətçilərin Prezident Administrasiyasına, prokurorluq və polis orqanlarına müraciətlərinə də məhəl qoyulmayıb, yuxarı instansiya dövlət orqanları tərəfindən BŞİH məmurlarının qanunsuz əməllərinin qarşısının alınması üçün zəruri tədbirlər görülməyib. Yaranmış cəzasızlıq şəraitindən sui-istifadə edən Bakı Şəhər İcra Hakimiyyəti insan hüquqları ilə bağlı ölkə Konstitusiyasında, digər qanunvericilik aktlarında, İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasında nəzərdə tutulmuş tələbləri, norma və prinsipləri kobud şəkildə pozub və cinayət əməli kimi qiymətləndirilə bilən kütləvi qanunsuz hərəkətlərə yol veribdir?. Bəyanatın sonunda ölkənin aidiyyəti üzrə dövlət orqanlarından Bakı Şəhər İcra Hakimiyyətinin qanunsuz hərəkətlərinə, xüsusən onun dövlət tərəfindən qorunan memarlıq abidələrini qəsdən məhv etməsinə hüquqi qiymət verilməsi və günahkarların cəzalandırılması tələb edilir?. Bəyanatı partiya sədrləri İsa Qənbər, Mirmahmud Mirəlioğlu, Sabir Rüstəmxanlı, İqbal Ağazadə, Elşad Musayev, Əhməd Oruc, Tahir Kərimli, sabiq deputatlar Sülhəddin Əkbər, Arzu Səmədbəyli, İskəndər Həmidov, KİV rəhbərləri Mehman Əliyev, Əvəz Zeynallı, Elçin Mirzəbəyli, Rəfail Becanov, qeyri-hökumət təşkilatlarının rəhbərləri Novella Cəfəroğlu, Aytəkin İmranova, Şirin Cəfəri, Akif Nağı, prof. Qabil Hüseynli və başqa tanınmış şəxslər (cəmi 38 nəfər) imzalayıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA