isa Qəmbər hakimiyyətə xəbərdarlıq etdi

img

26-03-2011 [03:03]


Bu gün saat 11-də Müsavat Partiyasının qərargahında partiya Məclisinin növbəti sessiyası öz işinə başlayıb. Sessiyanın gündəliyi təsdiqlənəndən sonra Müsavat başqanı İsa Qəmbər çıxış edib. İsa Qəmbər gənclərin və Müsavat fəallarının martın 11-də və 12-də paytaxtın mərkəzində keçirdikləri etiraz aksiyalarının əhəmiyyətindən danışıb. Müsavat başqanı ərəb dünyasında baş verən hadisələrə toxunub, hakimiyyəti mövcud reaallıqları nəzərə almağa çağırıb. İsa Qəmbər deyib ki, bu cür davam edə bilməz, sistem dəyişməlidir, hakimiyyətin üzərinə düşən vəzifə ondan ibarətdir ki, Liviya və başqa ölkələrdəki kimi qanlı-qadalı yolu yox, başqa variantları, dinc islahatlar yolunu seçsin. Müsavat başqanı 2 aprel mitinqinə hazırlıqdan, bu mitinqin əhəmiyyətindən də danışıb. Daha sonra Məclisdə gündəlikdəki məsələlər üzrə müzakirələr davam edib. Partiya başqanının gənclər üzrə müavinliyinin yaradılması təşəbbüsü qaldırılıb. İsa Qəmbər bildirib ki, onun bu məsələyə etirazı yoxdur, ancaq bu, bir daha ölçülüb-biçilməli, müzakirə olunmalı, daha sonra qəti qərar qəbul edilməlidir. "Tələskənliyə yol vermək olmaz, bu, əks-effekt verər", - deyə Müsavat başqanı bildirib. Məclisin toplantısı davam edir. musavat.com

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA