Ramil Usubov zikayətçiləri qəbul edir

img

26-03-2011 [01:13]


Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Ramil Usubov martın 26-da Xaçmaz rayonunda daxili işlər orqanları əməkdaşlarının fəaliyyəti ilə bağlı vətəndaşların qəbulunu keçirəcək. Daxili İşlər Nazirliyi mətbuat xidmətindən verilən məlumata görə, Xaçmaz rayon polis şöbəsində keçiriləcək qəbul saat 11.00-da başlayır. Qəbulda Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən, Xızı rayonlarından olan vətəndaşlar iştirak edə biləcəklər. Qeyd edək ki, nazir belə bir qəbulu martın 15-də Şirvanda bir sıra rayonların sakinləri üçün də keçirmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA