"Münaqizəqədən əvvəl mövcud olan zəhərlər və kəndlər tamamilə xarabalığa çevrilib"

img

25-03-2011 [12:30]


Həmsədrlər Azərbaycanın işğal olunmuş ərazilərinə dair Sahə qiymətləndirmə missiyasının məruzəsini açıqlayıblar. ATƏT-in Minsk qrupunun həmsədrləri 2010-ci il oktyabr ayının 7-dən 12-nə kimi Azərbaycanın 7 işğal olunmuş ərazisində olub, humanitar və digər aspektlər də daxil olmaqla ümumi vəziyyəti qiymətləndiriblər. Həmsədrlərə ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi və onun komandası, BMT-nin Qaçqınlar üzrə Ali komissarının İdarəsindən iki ekspert və ATƏT-in 2005-ci ildəki faktaaraşdırıcı missiyasının üzvlərindən biri də qoşulub. Bu, beynəlxalq missiyanın 2005-ci ildən sonra əraziyə ilk missiyası və BMT personalının 18 il ərzində ilk səfəri idi. Sənəddə deyilir ki, ?1000 km-dən çox yolu qət edən həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin fəlakətli nəticələrinin danılmaz sübutları və sülhün əldə olunmamasının fəsadlarının şahidi olublar. Münaqişəqədən əvvəl mövcud olan şəhərlər və kəndlər boşalıb və demək olar ki, tamamilə xarabalığa çevrilib. Laçın və Kəlbəcər şəhərləri, eləcə də xırda yaşayış məntəqələrində yaşayanların dəqiq sayı bəlli olmasa da, təxminən 14000-ə yaxın adam yaşayır?. Həmsədrlər bildirir ki, 2005-ci ildən bu yana işğal altındakı ərazilərdə əhalinin sayında əhəmiyyətli artım olmayıb. Məskunlaşanların əsasən etnik ermənilərdən ibarət əhali Azərbaycanın başqa rayonlarından bura köçürülüb, onlar çətin, zəif infrastruktur, iqtisadiyyat və ictimai xidmətlərə məhdud çıxış şəraitində yaşayırlar. Çoxunun şəxsiyyətini təsdiq edən sənədi yoxdur. İnzibatçılıq məqsədilə 7 ərazi, keçmiş Dağlıq Qarabağ vilayəti və digər ərazilər 8 yeni rayona birləşdirilib. Ərazidəki ağır reallıq həmsədrlərin status-kvonun qəbul edilməz olduğu və münaqişənin yalnız sülh, danışıqlar vasitəsilə həll olunmasına dair fikirlərini möhkəmləndirib. Həmsədrlər tərəflərin liderlərini münaqişənin son nizamlanmasını təhlükə altında qoymamaq üçün mübahisəli ərazilərdə hər hansı fəaliyyətdən çəkinməyə və bu ərazilərin görkəmini dəyişməməyə çağırıblar. Onlar işğal altındakı ərazilərdə qəbiristanlıqların və ibadət yerlərini qorumağı, eləcə də şəxsiyyətini təsdiq edən sənədi olmayan köçkünlərin statusunu dəqiqləşdirməyi tövsiyə edirlər. Həmsədrlər gələcək missiyalarını Dağlıq Qarabağ münaqişəsinin təsir etdiyi digər rayonlarda da aparmaq niyyətindədirlər. Bu missiyalara müvafiq beynəlxalq təşkilatlardan dinc nizamlanmasında iştirak edə biləcək ekspertləri daxil etmək fikirindədirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA