Ötən il Azərbaycanda 408 nəfər vərəmdən ölüb

img

24-03-2011 [01:36]


24 mart Vərəmlə Beynəlxalq Mübarizə Günüdür. Beynəlxalq Vərəmlə Mübarizə Günü 1982-ci ildən qeyd olunur. Vərəmlə mübarizə gününün tarixi 1882-ci il martın 24-də alman mikrobioloqu Robert Koxun xəstəliyin törədicisi olan vərəm çöplərini kəşf etməsi ilə bağlıdır. Statistikaya görə, Azərbaycanda vərəmə yoluxanların təxmini sayı 10 min nəfərdən çoxdur. Amma bu da dəqiq rəqəm deyil. Mütəxəssislər, bu qeyri-dəqiqliyi bəzi həkimlərin və vətəndaşların məsuliyyətsizliyində görür. Yəni bir sıra halarda vərəm xəstələri rəsmi qeydiyyata düşnəkdən ehtiyatlanaraq gizli müalicə yolu tuturlar. Bir sıra Avropa ölkələrindən fərqli olaraq, Azərbaycanda vərəmin müalicəsi məcburi qaydada həyata keçirilir. Bu xəstəliklə əlaqədar maarifləndirmə işlərinin aparılmasına baxmayaraq vərəmə yoluxanların sayı ilbəil artır. Vərəm yoluxucu xəstəlikdir və o insanlara əsasən hava-damcı yolu ilə yayılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA