Yaxın iki gün üçün hava qeyri-sabit olacaq

img

24-03-2011 [01:26]


Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq, cənub-qərb küləyi arabir güclənəcək, axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, havanın temperaturu gecə 3-5 dərəcə isti, gündüz 10-15 dərəcə isti, axşam 5 dərəcəyə yaxın olacaq. Martın 26-da isə hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Gecə və səhər arabir şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-5 dərəcə isti, gündüz 8-13 dərəcə isti olacaq. Yaxın 2 gün ərzində Abşeron yarımadasında atmosfer təzyiqinin kəskin tərəddüdü, arabir güclənən gilavar və xəzri küləklərinin qısa müddət ərzində bir-birini əvəz etməsi əksər meteohəssas insanlar üçün əlverişsizdir. Azərbaycanın rayonlarında martın 24-dən 25-nə keçən gecə bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Səhər tədricən kəsiləcəyi, gündüz dəyişkən buludlu, əsasən yağmursuz, gecə və səhər duman olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 2-6 dərəcə isti, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacaq. Martın 26-da regionlarda əsasən yağmursuz hava üstünlük təşkil edəcək. Gecə və səhər duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər arabir ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturu gecə 2-7 dərəcə isti, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA