ilham Əliyev Yunanıstan prezidentini təbrik edib

img

24-03-2011 [01:19]


Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstanın milli bayramı münasibətilə Prezident Karolos Papulyasa təbrik məktubu göndərib. Məktubda deyilir: ?Yunanıstan Respublikasının milli bayramı ? Müstəqillik günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimizi yetirirəm. Ümidvaram ki, Azərbaycan-Yunanıstan dövlətlərarası münasibətlərinin inkişafı, beynəlxalq qurumlar və layihələr çərçivəsində əməkdaşlığımızın dərinləşdirilməsi yolunda bundan sonra da səylərimizi davam etdirəcəyik. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yunanıstan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA