Şimali Kipr Türk Cümhuriyyəti Doğu Akdeniz Universitetində Novruz bayramı qeyd olunub

img

24-03-2011 [01:17]


Novruz bayramı Azərbaycanda olduğu kimi dünyanın bir çox universitətlərində də coşğuyla qeyd olunur. Şimali Kipr Türk Cümhuriyyəti Doğu Akdeniz Universitetində də Azərbaycanlı Tələbə Cəmiyyətinin təşkilatçılığı ilə Novruz bayramı təntənəli şəkildə qeyd olunub. Tədbirə Şimali Kipr Tükr Cümhuriyyətinin dövlət numayəndələri, rektorluq və xarici tələbələr də qatılıb. İlk öncə qonaqlara Azərbaycan və Novruz bayramı haqqında məlumatlar verilib daha sonra bu mövzuda qısa video çarx təqdim olunub. Çarxdan sonra Azərbaycan rəqsləridə tədbirə daha da rəng qatıb. Xüsusəndə azərbaycanlı tələbələrin təşkilatçılığı ilə Türk tələbələri Handə Yanık, Səma Buldu və Gülər Atəş Azərbaycan rəqsini möhtəşəm ifa ediblər. Azərbaycan Tədbirində Azərbaycanın tanınmış simalarından Cahangir Novruzov da iştirak edib. O da həmçinin çıxışı zamanı tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edib. Novruz Tədbirində həmçinin Azərbaycandan 11 günlük İngilis dili kursuna gələn 21-ci əsr məktəbinin şagird və müəllim heyyəti ilə bərabər şagirdlərin valideynləridə iştirak etdi. Həmçinin 21-ci əsr məktəbinin şagirdləri tədbirdə rəqsləri, musiqi ifaları ilə də tədbir iştirakçılarına xoş təssuratlar baxışladı. Tədbir zamanı qonaqlara Azərbaycan milli mətbəxinin yeməklərindən və şirniyyatlarından təqdim olunub. Gecədə həmçinin Azərbaycanı bir çox xarici ölkələrdə öz gözəl səsi və musiqiləri ilə tanıdan, Azərbaycan estradasının istedadlı və yaradıcı numayəndələrindən olan Sevda Ələkbərzadə və Cəmalə Əliyeva iştirak ediblər və ifaları ilə gecəyə daha da rəng qatıblar. Orxan Rustam

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA