Neft Akademiyasında terror törətməkdə təqsirləndirilənlərin izi yenə təxirə salınıb

img

19-03-2011 [05:27]


Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) 2009-cu ilin aprel ayında baş verən kütləvi qətllə bağlı ömürlük azadlıqdan məhrum edilən şəxslərin apellyasiya şikayəti üzrə məhkəmə yenə prosesi təxirə salınıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, prosesə sədrlik edən hakim Mirpaşa Hüseynov müxtəlif səbəblərdən aylardır ?ömürlük?lərin apellyasiya şikayətləri üzrə qərar verə bilmir. Martın 16-ı, saat 11.00-a təyin olunmuş proses bu dəfə də təxirə salınıb: ?Hakim iş üzrə iclası aprel ayının 6-a təyin edib. Çox güman ki, həmin tarixdə hakim Mirpaşa Hüseynov qərarın elan edəcək?. Xatırladaq ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 10 avqust 2010-cu il tarixli hökmü ilə Nadir Əliyev, Cavidan Amirov, Nəcəf Süleymanov ömürlük, Ariz Qabulov isə 11 il müddətinə azadlıqdan məhrum ediliblər. Onlar 2009-cu il aprelin 30-da ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusunda terror törətməkdə suçlanan və qətliamdan sonna özünü vuran 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğluna yardım etməkdə ittiham olunurlar. Təqsirləndirilənlər Amirov Cavidan Fərman oğluna Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3 (terrorçuluq), 28,120.2.1 (qəsdən adam öldürməyə hazırlıq), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.10, 120.2.11, 120.2.12 (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.10, 29,120.2.11, 29,120.2.12 (ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhd), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 228.2.2, 228.3 (qanunsuz olaraq odlu silah, döyüş sursatı, əldə etmə, saxlama, daşıma və gəzdirmə) və 234.1-cü (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və daşıma) maddələri ilə, Əliyev Nadir Şirxan oğluna və Süleymanov Nəcəf Novruz oğluna Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3, 120.2.1, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.11, 120.2.12, 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12, 206.4 və 228.3-cü maddələri ilə, Qabulov Ariz Zahid oğluna Cinayət Məcəlləsinin 206.3.2 və 228.2.1-ci maddələri ilə ittiham elan olunub. Qətli icra etməkdə təqsirləndirilən və hadisə yerində özünü də öldürdüyü iddia olunan Fərda Qədirovun isə ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib. ADNA-da baş verən terror aktının sifarişçisi kimi təqdim edilən erməni əsilli Gürcüstan vətəndaşı Qumaşyan Mardun Qriqoryeviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin terrorçuluq və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə müvafiq qərar qəbul edilsə də, hələki onu həbs etmək mümkün olmayıb. Onun Gürcüstanda sərbəst dolaşdığı və çörək bişirmə sexini rahat işlətdiyi də verilən bilgilər arasındadır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA