Prezident ilham Əliyev Novruz zənliyində iztirak edib

img

19-03-2011 [02:34]


Bu gün Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva xalqımızın ən əziz bayramı olan Novruz münasibətilə martın Bakıda, Qız qalasının qarşısında təşkil olunan mərasimdə iştirak ediblər. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Novruz şənliklərində iştirak etmək üçün meydana gəliblər. Buraya toplaşmış minlərlə şəhər sakini, paytaxtın qonaqları dövlət başçısını və xanımını hərarətlə qarşılayıblar. Prezident İlham Əliyev Novruz tonqalını alovlandırdı. Dövlətimizin başçısı bayram şənliyində nitq söylədi. Sonra Azərbaycan prezidenti və xanımı Milli Parka gəliblər. Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Novruz bayramının əsas personajları olan Kosa və Keçəl qarşılayıb. Kosa və Keçəl dövlət başçısı ilə yumurta döyüşdürüblər. İncəsənət ustaları, meyxanaçılar, aşıqlar, bədii özfəaliyyət kollektivləri, pəhləvanlar, kəndirbazlar xalqımızın adət-ənənələrini, qədim el sənətlərini nümayiş etdiriblər. Prezident İlham Əliyev və xanımı bərəkətli Azərbaycan torpağında yetişdirilmiş məhsulların bayram şənliyi çərçivəsində təşkil edilmiş sərgisi ilə tanış olublar. Dövlət başçısına və xanımına hədiyyələr təqdim olunub. Prezident İlham Əliyev onun pişvazına və bayram gəzintisinə çıxmış Bakı sakinlərinə və paytaxt qonaqlarına Novruz münasibətilə bir daha xoş arzularını yetirib. Novruz bayramı münasibətilə keçirilən şənliklərdə Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA