Fəzail Ağamalıdan Azərbaycan xalqına bayram təbriki

img

18-03-2011 [06:04]


Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı Novruz bayramı münasibətilə xalqımızı təbrik edib. AVP mətbuat xidmətinin yaydığı təbrikdə deyilir: ?Hörmətli həmvətənlər! Xalqımızın əziz günü - qədim Novruz bayramı münasibətilə Azərbaycan xalqını ürəkdən təbrik edir, xoş müjdəli bahar əhval-ruhiyyəsi arzulayıram. Nəinki Azərbaycanda hətta dünyanın müxtəlif yerlərində yaşayan bütün azərbaycanlılar bu qədim bayramı böyük təntənə ilə qeyd edirlər. Onların hamısını salamlayır, bayram münasibətilə hər birinə səmimi təbriklərimi göndərirəm. Əziz günlərdə etdiyimiz ən ümdə arzu və diləklərdən biri də düşmən təcavüzü nəticəsində öz doğma yurd yuvalarından didərgin düşmüş soydaşlarımızın ev-eşiklərinə qaytarılmasıdır. Arzu edirəm ki, qaçqın və köçkünlərimiz gələcək Bahar bayramını öz ocaqları başında qeyd etsinlər. Bir daha Novruz bayramı münasibətilə Sizi təbrik edir, Sizə cansağlığı və səadət diləyirəm. Bayramınız mübarək olsun!?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA