ARDNŞ-də izə qəbul ilə əlaqədar müsabiqə keçirilib

img

18-03-2011 [03:36]


ARDNŞ-in Geofizika və Geologiya İdarəsində işə qəbul ilə əlaqədar müraciət etmiş mütəxəssislərlə müsabiqə keçirilib. İşə qəbul üçün müraciət etmiş 25 nəfərlə keçirilmiş müsabiqə iki mərhələdə aparılıb. Test üsulu ilə keçirilmiş birinci mərhələdə iştirakçılar ümumi geologiya, mühəndislik geologiyası, hidrogeologiya, kəşfiyyat geofizikası, mədən geofizikası, məntiq, kompüter proqramları və ingilis dilindən ümumilikdə 50 sualı cavablandırıblar. İkinci mərhələyə keçən namizədlərin hər biri fərdi qaydada komissiyada müsahibədən keçib. Yoxlama müsabiqəsinin nəticələrinə əsasən 5 ərizəçinin işə qəbul olunması üçün ARDNŞ-ə müraciət edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA