Pensiyaları bayrama qədər almaq mümkün olacaq

img

17-03-2011 [03:39]


Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu (DSMF) Novruz bayramı ilə əlaqədar ölkə üzrə pensiyaların maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb. Belə ki, DSMF-nin Aparatı tərəfindən mart ayı üzrə pensiyaların maliyyələşməsi üçün ayrı-ayrı şəhər və rayonlar üzrə lazımı vəsaitin yerli şöbələrin hesablarına köçürülməsi həyata keçirilib və bayrama qədər bütün pensiyaçılar öz pensiyalarını əldə edə biləcəklər. Qeyd edək ki, bir qayda olaraq ölkə üzrə əmək pensiyaları hər ayın 20-dən sonuna kimi müvafiq qrafikə əsasən maliyyələşdirilir. Ümumilikdə bu ilin yanvar və fevral aylarında da pensiyaların maliyyələşdirilməsində heç bir problem müşahidə edilməyib. Həmin ayların sonuna kimi hər ay üzrə maliyyələşmələr tam başa çatdırılıb. Azərbaycanda 01 yanvar 2011-ci il tarixə olan statistikaya əsasən, əmək pensiyası alan şəxslərin sayı 1 292 155 nəfər təşkil edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA