DiN qaçqın və məcburi köçkünlərə 63 min manat paylayıb

img

17-03-2011 [12:52]


Martın 17-də daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərovun başçılığı ilə DİN-nin nümayəndələri Sabirabad rayonundakı Şəhriyar düşərgəsində müvəqqəti sığınacaq tapmış qaçqın və məcburi köçkünlərlə görüşüblər. Nazir müavini erməni təcavüzü nəticəsində doğma yurd yerlərindən didərgin düşmüş soydaşlarımızı DİN rəhbərliyi, şəxsən daxili işlər naziri, general-polkovnik Ramil Usubovun adından bayram münasibətilə təbrik edib, onlara ən xoş arzularını, səmimi duyğularını çatdırıb. DİN mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, qaçqın və məcburi köçkünlərlə, əhalinin sosial müdafiəyə daha çox ehtiyacı olan hissəsiylə belə görüşlərin Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa göstərişi və tapşırığı əsasında keçirildiyini vurğulayan polis general-leytenantı Əsgər Ələkbərov son illər cəmiyyət həyatının bütün sahələrində ciddi islahatların həyata keçirildiyni, cinayətkarlıqla qətiyyətli mübarizə aparıldığını, ölkəmizdə dönməz sabitliyin yaradıldığını, iqtisadi gücümüzün və müdafiə qüdrətimizin durmadan yüksəldiyini vurğulayıb. Görüş iştirakçıları daimi diqqət və qayğıya görə dövlət başçısına və DİN rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər. Respublika daxili işlər orqanları əməkdaşlarının könüllülük prinsipi əsasında topladıqları 63 min manatın 40 min manatı görüşdən sonra Sabirabadda məskunlaşmış həmvətənlərimizə çatdırılıb. ?Bundan əlavə, əməkdaşlarımızın topladıqları vəsaitin qalan 23 min manatı isə elə həmin gün Goranboy rayonunun Ağcakənd qəsəbəsində yaşayan qaçqın və məcburi köçkün soydaşlarımıza göndərilmişdir?-deyə DİN-dən bildirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA