Gənclər Təzkilatları Milli Şurası ölkə gənclərinin beynəlxalq əlaqələrini qurur

img

17-03-2011 [12:46]


Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası ölkə gənclərinin beynəlxalq əlaqələrinin qurulması istiqamətində müxtəlif tədbirlər həyata keçirir. Bu tədbirlərdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması əsas hədəflər sırasındadır. Təşkilatın mətbuat xidmətindən aldığımız məlumata görə, Milli Şura qarşıdakı aylarda Avropa Gənclər Fondu, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ?Yerdəyişməyə məruz qalmış gənclərin Avropaya inteqrasiya prosesinə cəlb edilməsi? layihəsini həyata keçirməyə hazırlaşır. Belçika, İtaliya, Finlandiya, Latviya, Rusiya, Gürcüstan, Ukrayna, Türkiyə kimi ölkələrdən iştirakçıların olacağı tədbirdə Gürcüstandan, Ermənistandan və Dağlıq Qarabağdan olan qaçqınların və məcburi köçkünlərin Avropa gəncləri ilə görüşlərini təşkil etmək əsas məqsədlərdəndir. Bu görüşdə Avropaya inteqrasiya prosesində yerdəyişməyə məruz qalmış gənclərin iştirakı haqda müzakirələr, onların Avropaya inteqrasiya prosesinə, vətəndaş cəmiyyətinin təşəbbüslərinə cəlb etmək, onlara birlikdə fəaliyyət göstərməkdən ötrü şərait yaratmaq, yerli gənclərlə Avropa gəncləri arasında münasibətləri genişləndirmək, təcrübə və informasiya mübadiləsi nəzərdə tutulur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA