Nazirlər Kabineti xarici QHT-lərin Azərbaycanda fəaliyyət göstərməsi üçün zərtləri açıqlayıb

img

17-03-2011 [12:31]


Nazirlər Kabineti ?Azərbaycan Respublikasında xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin dövlət qeydiyyatı ilə bağlı sazişin hazırlanması üçün danışıqların aparılması və bağlanması Qaydaları?nı təsdiq edib. Qaydalara əsasən, filial və ya nümayəndəliyin Azərbaycanda dövlət qeydiyyatı ilə bağlı sazişin hazırlanması məqsədilə danışıqların başlanması üçün təşkilatın səlahiyyətli nümayəndəsi Ədliyyə Nazirliyinə yazılı müraciət etməlidir. Sənəddə xarici QHT-lərin qarşısına bir sıra şərtlər qoyulub. Bura Azərbaycan Konstitusiyasına, qanunlarına və digər normativ hüquqi aktlarına riayət etmək, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə hörmətlə yanaşmaq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində işğal olunmuş ərazilərdə hər hansı fəaliyyət həyata keçirməmək, o cümlədən separatçı Dağlıq Qarabağ rejimi ilə əlaqələr qurmamaq, siyasi və dini təbliğatla məşğul olmamaq, qeyri-kommersiya hüquqi şəxslərinin dövlət reyestri üçün zəruri olan məlumatları qanunvericiliklə müəyyən edilmiş müddətdə təqdim etmək daxildir. Danışıqlar zamanı, həmçinin, tərəflərin səlahiyyətlərinə aid olan və ya qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə oluna bilər. Danışıqların nəticəsi kimi Ədliyyə Nazirliyi ilə həmin təşkilat arasında bağlanmış sazişdən sonra müəyyən olunmuş müddətdə və qaydada filial və ya nümayəndəliyin dövlət qeydiyyatı həyata keçiriləcək. Qaydalarda xarici QHT-nin filial və nümayəndəlik açması üçün təqdim edəcəyi sənədlər barədə məlumatlar da qeyd olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA