Eldar Əzizov Sumqayıtdakı iz adamlarını tənbeh edib

img

16-03-2011 [04:24]


Bir müddət öncə Sumqayıt şəhərinə icra başçısı təyin olunan Eldar Əzizov şəhərdə islahatları davam etdirir. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, E.Əzizov şəhər ictimaiyyəti ilə keçirdiyi müşavirədə vəd verdiyi ciddi islahatlara və sərt tədbirlərə start verib. Sumqayıt Şəhər İcra Hakimiyyətindəki mənbələrdən agentliyin əməkdaşına deyiblər ki, E.Əzizov şəhərin ən nüfuzlu iş adamlarından olan Ağamirzə Əhədovu da tənbeh edib. Verilən məlumata görə, icra başçısı, A.Əhədova məxsus ?Karvan? Ticarət Mərkəzinin yarımzirzəmisini boşaltmaq tapşırığı da verib. E.Əzizov həmin yerin avtomobil dayanacağı ediləcəyini bildirib. Qeyd edək ki, hazırda həmin yerdə ayaqqabı dükanları fəaliyyət göstərir. Oranın boşaldılması isə A.Əhədovu ayda ən azı 100-150 min dollar ziyana salacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA