Güney Azərbaycanlılar prezidentə müraciət etdi

img

16-03-2011 [02:20]


Güney Azərbaycanda gedən proseslər və İranda insan haqları ilə bağlı mətbuat konfransı keçirilib. Tədbirdə iştirak edən Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ağrı Qaradağlı bildirib ki, İranda müxalifətin başladığı yaşıl hərəkat Güney Azərbaycan türklərinin proseslərə qatılması üçün bütün vasitələrdən istifadə edir: ?Bu hərəkatın türklərə müsbət təsiri olmayacaq. İranda fars rejimini qorumağa üstünlük verərək, hansısa qüvvənin hakimiyyətə gəlməsi xalqların hüquqlarını qorumayacaq. Güney Azərbaycan müstəqil dövlətinin qurulmasına nail olmaq üçün daxili proseslərə qoşulmamalıyıq?. DAK daimi Şurasının sədri Əjdər Tağızadə deyib ki, İranda demokratiyanın beşiyi Güney Azərbaycandır və orada yaşayanlar da türklərdir: ?Azərbaycan Respublikasının yaranması ilə İranda çox şey dəyişib. Bu gün yaşıl hərəkatın üzvləri internetdə cənublu azərbaycanlılar proseslərə qoşulmağa çağırırlar?. Ə. Tağızadə onu da qeyd edib ki, ?yaşıl? hərəkatın başında dayanan Mirhüseyn Musəvi Xomeyninin yanında bütün işgəncələrdə iştirak ediblər. Təbrizdə türkləri sinfi düşmən adı ilə qırdırıb. Bu baş verənləri necə kənara qoymaq olar? Mirhüseyn yüzlərlə təkcə Təbrizli qıza təcavüzün başında dayanıb. 1979-cı ildən bu günə qədər 4 milyon adam İran adlanan ölkədən qaçıblar?. Ə. Tağızadə İranın keçmiş dini rəhbəri Ayətullah Şəriəti Mədarinin oğlu Həsən Mədari ilə görüşdüyünü də deyib: ?Ona azərbaycanlı olduğunu xatırladaraq, türklərin hərəkatına qoşulmağa dəvət etmişəm. Azərbaycan Respublikası da güneylə bağlı məsələyə aydınlıq gətirilməlidir. Azərbaycan prezidenti bu məsələ barədə öz fikrini bildirməlidir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA