Usubov 22 vətəndazın polisdən zikayətini yerində həll edib

img

16-03-2011 [01:24]


Daxili işlər naziri Ramil Usubov Şirvanda kənd sakinləri qəbul edib. Nazirliyin mətbuat xidmətindən MIA-ya verilən məlumata görə, həmin gün Şirvan Şəhər Polis Şöbəsində adı çəkilən şəhərin və Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, Cəbrayıl rayonlarının bir qrup sakinini qəbul edən nazir müraciətləri və şikayətləri dinləyib, onların təxirə salınmadan və operativ şəkildə həll edilməsi üçün müvafiq Baş İdarə və xidmət rəhbərlərinə konkret tapşırıqlar verib. Daxili işlər naziri tərəfindən qəbul edilən 22 vətəndaşın polisin fəaliyyətinə dair müraciətlərinin əksəriyyəti elə yerindəcə öz həllini tapıb. General-polkovnik Ramil Usubov qəbulda iştirak etmiş vətəndaşların şikayətlərinə, onlar tərəfindən qaldırılmış bütün məsələlərə mövcud qanunvericilik çərçivəsində, obyektiv şəkildə və ədalətlə baxılacağını vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA