Azərbaycan ermənini qaytaracaq, öz əsirini geri alacaq

img

16-03-2011 [12:31]


Azərbaycan Ermənistana bir mülki şəxsin qaytarılması ilə bağlı razılıq verib. Bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyindən məlumat verilib. Qeyd edək ki, Ermənistan tərəfi də Beynəlxalq Qızıl Xaş Komitəsinin İrəvan ofisinə müraciət edərək Azərbaycana bir hərbi əsiri qaytarmağa razılıq verib. Xatırladaq ki, bu il martın 5-də Soçi şəhərində Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin qəbul etdiyi birgə bəyannamədə qeyd olunur ki, dövlət başçıları ötən il oktyabrın 27-də Həştərxanda qəbul olunmuş üçtərəfli bəyanatın praktiki icrası məsələlərini müzakirə ediblər. Belə ki, prezidentlər qısa müddət ərzində hərbi əsirlərin dəyişdirilməsi prosesinin başa çatdırılmasına dair razılığa gəliblər. Hazırda Ermənistanda iki Azərbaycan hərbçisi əsirlikdə saxlanılır. Azərbaycan Ordusunun kiçik çavuşları Roman Hüseynov ötən il avqustun 27-də, Anar Hacıyev isə 2009-cu il mayın 10-da Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülüb. Azərbaycanda isə 12 Ermənistan vətəndaşı əsir və girovluqdadır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA