QHT standartları müzakirə ediləcək

img

15-03-2011 [03:22]


Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının hazırladığı QHT standartları üzrə ilkin təkliflərin müzakirəsi keçiriləcək. Şuradan verilən xəbərə görə, QHT standartlarının məqsədi yerli qeyri-hökumət təşkilatlarının fəaliyyətinin daha da səmərəli qurulması, idarəetmənin təkmilləşdirilməsi və missiyanın beynəlxalq müstəvidə qəbul edilmiş hüquqi və etik normalara uyğun şəkildə yerinə yetirilməsində təşkilatlara yardım etməkdir. QHT rəhbərləri və media təmsilçilərinin də müzakirəyə dəvət edildiyi tədbir 16 mart saat 12.00-da Beynəlxalq Mətbuat Mərkəzində olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA