Fəzail Ağamalı Milli Məclisdə od püskürdü

img

15-03-2011 [01:58]


Milli Məclisin bu günkü iclasında hökümətin təqdim etdiyi hesabatın müzakirəsi zamanı millət vəkili Fəzail Ağamalı təhsil sahəsini ciddi tənqid atəşinə tutub. Millət vəkili orta məktəblərdə təhsilin səviyyəsinin aşağı olduğunu vurğulayaraq, bununla bağlı problemləri qaldırıb. ?Necə olur ki, savadsız uşaqlar ali məktəblərə daxil olurlar? Bu gün repititorluq ali məktəbdən hörmətli olub. Axı bu necə olur??- deyə deputat sual edib. Daha sonra millət vəkili Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) və bir sıra ali məktəblərin ünvanına korrupsiya ittihamları səsləndirib: ?Bakı Dövlət Universitetinin hüquq fakültəsinə və Tibb Unversitetinə daxil olmaq üçün 150 min manat rüşvət verilir. Ölkədə korrupsiyaya qarşı mübarizə aparılırsa, bunu yaddan çıxarmaq olmaz? - deyən F.Ağamalı həmçinin tələbə qəbulu ilə bağlı qaranlıq məqamların olduğunu söyləyib. ?TQDK-da milyonlarla rüşvət alınır?-deyən F.Ağamalı ölkədə aparılan antikorrupsiya tədbirlərinə də toxunub. Deputat bildirib ki, əmək haqlarının az olduğu bir zamanda rüşvətlə mübarizənin səmərəli olması az ümid verir. ?Nə qədər ki, müəlimin və həkimin əməkhaqqı 90-100 manatdır, rüşvətin qarşısını almaq olmaz?-deyə deputat çıxışında bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA