Polis Hafız Hacıyevin tərəfdarlarını tutdu

img

15-03-2011 [01:06]


Bu gün Müasir Müsavat Partiyasının (MMP) bir qrup üzvü Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) binası qarşısında aksiya keçirməyə cəhd edib. Polis İH binasının yaxınlığına gələn şəxsləri saxlayaraq polis bölməsinə aparıb. Partiyanın mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, aksiya iştirakçılarının binanın qarşısına getməsinə imkan verilməyib və ümumilikdə 20-yə yaxın şəxs polis tərəfindən saxlanılıb. Qeyd edək ki, MMP Təbriz kinoteatrının və yaxud Nərimanov metro stansiyasının qarşısında martın 15-də saat 12.00-da mitinq keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə məktubla müraciət edib. BŞİH məktubu cavablandırmayıb. Buna etiraz olaraq MMP martın 15-də planlaşdırdığı mitinqi BŞİH-nin binası qarşısında keçirməyi qərara alıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA