Sabah BŞiH-nin qarzısında mitinq keçiriləcək

img

14-03-2011 [04:27]


MMP 15 mart 2011-ci il saat 12:00 da Təbriz kinoteatrının və yaxud Nərimanov metro stansiyasının qarşısında mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə məktubla müraciət etmişdi. Bir həftə keçməsinə baxmayaraq BŞİH məktubu cavablandırmayıb. Bununla bağlı Müasir Müsavat Partiyasından BŞİH-in Siyasi Şöbəsi ilə əlaqə saxlanılıb. Siyasi Şöbənin müdiri Zaur Ramazanov gün ərzində heç cür əlaqə yaradıla bilməyib. Həmin şöbənin qadın işçiləri cavab veriblər ki, Zaur müəllimin hal-hazırda Novruz bayramı ilə bağlı başı qarışıqdır. Ona görə sizin məktubu cavablandıra bilmir. MMP BŞİH-nin bu cür səhlənkar və etikadan kənar hərəkətlərinə etiraz əlaməti olaraq ayın 15-nə planlaşdırdığı mitinqi BŞİH-nin binası qarşısında keçirməyi qərara alıb. Bütün KİV-lər 15.03.2011 tarixində saat 12:00-da BŞİH-nin binası qarşısında keçiriləcək aksiyaya dəvət edilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA