Bayram Səfərov: "Minsk qrupu azyazlının ölümünə ciddi yanazmalıdır"

img

14-03-2011 [04:01]


Azyaşlı uşağı öldürməklə Ermənistan beynəlxalq qayda-qanunları, o cümlədən humanizm prinsiplərini tanımadığını nümayiş etdirir. Azyaşlı uşağın Ermənistan silahlı qüvvələri tərəfindən snayperlə öldürülməsi xalqımız üçün çox kədərli hadisədir. Əslində, bu fakt açıq-aşkar Ermənistanın mahiyyətindən xəbər verir. Bu fikirləri Yeni Azərbaycan Partiyasının rəsmi saytına açıqlamasında "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin sədri Bayram Səfərov deyib. Onun sözlərinə görə, bununla da, işğalçı dövlət beynəlxalq ictimaiyyətə meydan oxuyur: "Hesab edirəm ki, nüfuzlu beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupu bu fakta ciddi yanaşmalıdırlar. Əks halda, xalqımızın bu təşkilatlara daha heç bir inamı qalmayacaq".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA