Bu gün Azərbaycanda 3 zəlzələ olub

img

14-03-2011 [02:49]


Bu gün yerli vaxtla saat 11:52?də Azərbaycanın Şirvan şəhərindən 40 km şimali-şərqdə zəlzələ olub. Milli Seysmologiya Xidmət Mərkəzinin rəsmi saytında yerləşdirilən məlumata görə, zəlzələnin gücü episentrdə 12 ballıq cədvəl üzrə 3.5 bal olub. Zəlzələ 26 km dərinlikdə qeydə alınıb. Məlumatda bildirilir ki, maqnitdası 4.40 olan zəlzələ Şirvan və Hacıqqbul rayonlarında 3.0 bal, Sabirabad rayonunda isə 2.0 bala qədər hiss edilib. İnsan təlafatı və tikililərdə dağıntı yoxdur. Bu gün həmçinin yerli yaxtla saat 12:14?də Şirvan şəhərindən 35 km şimalda, 12 ballıq cədvəl üzrə episentrdə 3.5 bala, Şirvan və Hacıqabulda 3.0 bal, Sabirabadda 2.0 bala qədər hiss edilib. İnsan tələfatı və tikililərdə dağıntı yoxdur. Məlumata görə, zəlzələnin maqnitudası 4.00, episentrinin dərinliyi 11 km olub. Yerli yaxtla saat 12:26?da Azərbaycanın Şirvan şəhərindən 35 km şimalda daha bir zəlzələ baş verib. Bu dəfə yeraltı təkanlar Rixter cədvəli üzrə 3.5 bal gücündə olub. Zəlzələnin episentri 35 km dərinlikdə qeydə alınıb. İlkin məlumatlara əsasən, zəlzələ hiss olunmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA