Azərbaycan və isveçrə prezidentləri təkbətək görüzüb

img

14-03-2011 [12:34]


Bu gün Azərbaycanda rəsmi səfərdə olan İsveçrə prezidenti xanım Mişelin Kalmi-Reyin rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovul dəstəsinin rəisi prezident İlham Əliyevə raport verib. Daha sonra Azərbaycan prezidenti İlham Əliyev İsveçrə prezidenti xanım Mişelin Kalmi-Reyi qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi İsveçrə prezidentinə raport verib. İsveçrənin və Azərbaycanın dövlət himnləri səslənib. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər. İsveçrə prezidenti Azərbaycan əsgərlərini salamlayıb. Azərbaycanın dövlət və hökumət nümayəndələri prezident Mişelin Kalmi-Reyə, İsveçrə nümayəndə heyətinin üzvləri prezident İlham Əliyevə təqdim olunub. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçib. Prezidentlər rəsmi foto çəkdiriblər. Rəsmi qarşılanma mərasimindən sonra prezident İlham Əliyevin və İsveçrə Konfederasiyasının prezidenti Mişelin Kalmi-Reyin təkbətək görüşü olub. Görüşdə Azərbaycan ilə İsveçrə arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb. Ölkələrimiz arasında iqtisadi, o cümlədən enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu bildirilib. Görüşdə Azərbaycan ilə İsveçrə arasında ikitərəfli münasibətlərin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA