Aydınlar Partiyası zorakılığı pisləyir

img

12-03-2011 [09:39]


Müsavat Partiyasının aksisının polislər tərəfindən zorakılıqla dağıdılması, etiraz səsini ucaldanların saxlanılması Aydınlar Partiyası tərəfindən kəskin etiraz və hiddətlə qarşılanıb. Partiyanın mətbuat xidmətindən MİA-ya daxil olan bəyanatda bildirilir ki, Aydınlar Partiyası hesab edir ki, hakimiyyətin əl atdığı bütün zorakılığa, repressiyalara, təqiblərə və kütləvi həbslərə baxmayaraq əsaslı dəyişıkliklərə gedən yolun qarşısı alınmazdır. Partiya hakimiyyətdən vətəndaşların sərbəst toplaşmaq azadlığına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını, Konstitusiyada təsbit olunan hüquqlarının tanınmasını, həmçinin, hamılıqla qəbul olunmuş normalara əməl etməyi tələb edir. Aydınlar partiyası həmçinin aksiyada saxlanılanların, həyata keçirilən zorakılıq hallarını pisləyərək, tezliklə repressiyalara, təqib və təzyiqlərə son qoymağa, habelə, tutulanların dərhal azadlığa buraxılmasını qətiyyətlə tələb edir. Partiya bir daha aksiynın təşəbbüslərini dəstəklədiyini bəyan edərək, onların başlatdıqları mübarizənin uğurlu sonuncla başa çatacağına ümidlə yanaşır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA