Fəzail Ağamalı seçicilərlə görüzlər keçirib

img

12-03-2011 [05:36]


Bu gün Fəzail Ağamalı millət vəkili seçildiyi 60 saylı Salyan-Neftçala Seçki Dairəsinin Parça Xalac, Seydan, Kürsəngi kəndlərində seçicilərlə görüşlər keçirib. Görüşə gələn seçicilər fəallıq nümayiş etdirmiş və kəndlərin problemlərini önə çəkib. Əsasən də kəndlərin qazlaşmasının vacibliyini, sosial yardıma ehtiyacı olanlara ünvanlı sosial yardımın verilməsində süründürməçiliyin və neqativ halların olduğunu millət vəkilinin diqqətinə çatdırıblar. Bununla yanaşı, seçicilər ölkə prezidentinin son vaxtlar korrupsiya və rüşvətxorluğa qarşı apardığı mübarizəni dəstəklədiklərini xüsusi olaraq vurğulamış və bu istiqamətdə ölkə prezidentinin atdığı addımların müsbət nəticələr verəcəyinə ümidvar olduqlarını bildirmişlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA