Müsavatın aksiyası bazladı, toqquzma gedir

img

12-03-2011 [02:22]


[/right] Müsavat Partiyasının bu günə təyin etdiyi aksiya başlayıb. Müstəqil İnformasiya Agentliyinin əməkdaşı Fəvvarələr bağından xəbər verir ki, saat 14.00-da ərazidə aksiya başlayıb. Əksəriyyəti Müsavat Partiyasının üzvləri olan aksiyaçılar ?İstefa?, "Azadlıq" şüarları səsləndirirməyə başlayıblar. MİA-nın müxbirinin dediyinə görə, Müsavat fərqli taktika seçib. Belə ki, aksiyaçılar 8-10 nəfərlik qruplar şəklinda ara verə-verə şüarlar səsləndirirlər. Əraziyə cəlb olunan polis əməkdaşları isə şüar səsləndirənləri tutub maşınlara basıb aparırlar. Verilən məlumatlara görə, 30-a yaxım aksiyaçı saxlanılıb. Saxlanılanlar arasında Arif Hacılı ilə Mirzə Sakit də var. Əməkdaşımızın verdiyı məlumata görə, polis aksiyaçıları dəyənəklərlə dağıdır. Xüsusən əd gənclərə qarşı daha sərt təzyiq göstərilir. Səbail Rayon Pois İdarəsinin rəis müavini Kamil Vəlişov jurnalistlərə açıqlamasında bildirib ki, heç kim tutulmayıb, sadəcə, asayişi pozanlar saxlanılır, izahat alınıb buraxılacaqlar. Hadisə yerindəki əməkdaşımız onu da bildirib ki, aksiyada iştirak edən hərbi ekspert, Mina Qurbanlarının Sosial İqtisadi Problemlərinin Həllinə Kömək İctimai Birliyinin üzvü Üzeyr Cəfərov da polis tərəfindən saxlanılıb. Onun saxlanılmasına etiraz edən Qarabağ qazisi, sözügedən birliyin sədri Məhəmmədhəsən Həsənovu da onunla bərabər polis bölməsinə aparırblar. Qeyd edək ki, artıq polis əməkdaşları jurnalistlərə qarşı da kodubluğa və fiziki təzyiqlərə başlayıb. Hazırda aksiyada ?Allahu əkbər? şüarı səslənməyə başlayıb. Mitinqə qoşulan insanların bir hissəsinin səsləndirdiyi ?Allahu əkbər? şüarını başqa aksiyaçılar da dəstəkləyib. Əksəriyyəti gənclərdən ibarət olan yüzlərlə aksiyaçı Neftçilər prospekti ilə Azadlıq meydanına tərəf getməyə cəhd göstərir. Hazırda Muzey Mərkəzinin qarşısına toplanan aksiyaçılar ?Allahu əkbər? və ?Azadlıq? şüarlarını səsləndirirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA