Ramil Usubov Metyu Brayzanı qəbul edib

img

12-03-2011 [11:42]


Daxili işlər naziri, general-polkovnik Ramil Usubov martın 11-də ABŞ-ın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Metyu Brayzanı qəbul edib. DİN mətbuat xidmətindən MIA-ya verilən məlumata görə, nazir qonağı səfir təyin olunması münasibətilə təbrik edib, qeyd edib ki, bu təyinat Azərbaycanla Amerika arasında əməkdaşlıq əlaqələrinin daha da genişlənəcəyinə təkan verəcək. Ramil Usubov ABŞ-ın ölkəmizdəki səfirliyi ilə Daxili İşlər Nazirliyi arasında işgüzar əlaqələrin mövcudluğunu xatırladıb, xüsusilə 11 sentyabr 2001-ci il hadisələrindən sonra ABŞ-la strateji tərəfdaşlıq əlaqələrinin daha da möhkəmləndiyini, terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlığın digər ağır növlərinə qarşı mübarizə məsələlərinin səfirliklə əlaqələrdə ön plana çəkildiyini qeyd edib. Daxili işlər orqanlarının fəaliyyətinin beynəlxalq norma və standartlara uyğun təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının önə çəkildiyi yeni normativ hüquqi bazanın yaradılması, bu işdə xarici ekspertlərin yaxından iştirakı və digər sahələrdə görülən işlər də diqqətə çatdırılıb. Nazir, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının bütövlükdə bölgədə transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə işinə də mənfi təsir etdiyini bildirib. Səfir qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirib, fəaliyyəti dövründə ölkələrimiz, həmçinin ABŞ səfirliyi ilə Daxili İşlər Nazirliyi arasında əməkdaşlığın inkişafı üçün hər cür səylər göstərəcəyini qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA