?Magistr? jurnalının 3-cü sayı nəzr olunub

img

11-03-2011 [04:12]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən ?Magistr? xüsusi buraxılışının 3-cü sayı nəşr edilib. Jurnalda ali təhsil müəssisələrinin magistraturalarının bütün ixtisaslaşmalarına qəbul proqramlarını təqdim olunub. Hər bir bakalavr vəsaiti əldə etdikdən sonra "Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli" ilə diqqətlə tanış olmalıdır. Bakalavrlar bu siyahı əsasında bitirdikləri bakalavr ixtisasına uyğun olan magistratura istiqamətləri və ixtisaslaşmaları ilə tanış ola, müvafiq qəbul proqramının nömrəsi və ixtisaslaşmaların seçimi üçün tələb olunan minimal balı öyrənə bilərlər. Hər bir bakalavr qəbul imtahanının I mərhələsindəki nəticəsindən asılı olaraq ona seçmək hüququ verilən ixtisaslaşmaların arasından öz istəyinə uyğun olanları seçməli və müvafiq proqram əsasında imtahanın ikinci mərhələsinə hazırlaşmalıdır. QEYD: Magistraturaya ixtisaslaşma seçimi haqqında elan, qəbul aparılan ixtisaslaşmaların siyahısı və digər zəruri məlumatlar "Magistr" xüsusi buraxılışının növbəti sayında təqdim olunacaq. Xatırladırıq ki, 2011/2012-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul qaydaları ?Magistr? xüsusi buraxılışının 2011-ci il 1-ci sayında, qəbul elanı isə 2-ci sayında dərc edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA