Polis Bakıdakı aksiyaya qatılan 43 nəfəri saxlayıb

img

11-03-2011 [02:58]


Gənclər Bakının Nizami küçəsində etiraz aksiyası keçiriblər. Onlar ?MakDonalds? restoranının qarşısından başlayaraq Milli Bankın keçmiş binasına kimi ?Azadlıq!?, ?İstefa!? şüarları səsləndiriblər. Polis aksiya iştirakçılarından bir neçəsini saxlasa da, sonradan buraxıb. Bu zaman ?Turan? İnformasiya Agentliyinin fotoreportyoru Etimad Budaqova polis qarın nahiyəsindən təpik vurub. Jurnalistlər Şahvələd Çobanoğlu, Əfqan Muxtarlı, Seymur Həziyev, Seçki Monitorinqi və Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli ?Eynulla Fətullayevə azadlıq!?, ?Bəxtiyar Hacıyev buraxılsın!?, ?Dəyanətə azadlıq!?, ?Cabbara azadlıq!? şüarları səsləndiriblər. Onları polis saxlasa da, sonradan buraxıb. ?Bizim yol? qəzetinin əməkdaşı Əfqan Muxtarlıdan savayı. Hadisə zamanı bir qadın və Vətəndaş Həmrəyliyi Partiyasından Ceyhun Nəbiyev saxlanılıb. Gənclərin aksiyasını izləyən AzadlıqRadiosunun əməkdaşı Abbas Atilayı polis kapitanı döyüb. Fotoreportyor deyir ki, polisin saxladığı gənc fəalı çəkmək istərkən yıxılıb. Bu zaman polis kapitanı onu yumruqlamağa başlayıb. ?Yerdən qalxmaq istəyəndə, polis yaxınlaşdı üzümə, qarnıma yumruqla vurdu. Başa düşmədim məni niyə vurur? Çox aqressiv idi. Məni vuranda papağı da yerə düşdü. Elə bu dəmdə mülki geyimli polislər yaxınlaşdı ki, qurban olaq, səni səhvən vurdular. Daha sonra yüksək rütbəli polislər yaxınlaşdı ki, anlaşılmazlıq olub. Azərbaycanın hörməti var, ATƏT burdadır, bir səhvdir, bağışla?. Abbas Atilay deyir ki, hadisə zamanı üzü yaralanıb. Hələ də həmin yara qanamaqdadır.?Hələ də üzüm qanayır. Yaş dəsmal qoymuşam ki, şişməsin. Mən hələ də şokdayam ki, məni niyə döydülər?... Özü də əynimdə jurnalist olduğumu göstərən jilet vardı?. Qeyd edək ki, aksiya ilə bağlı DİN-in mətbuat xidməti də məlumat yayıb. Məlumatda deyilir: "Azərbaycandakı dayanıqlı sabitliyi pozmaqda maraqlı olan bəzi qüvvələrin əlində vasitəyə çevrilən bir qrup gənc ?Facebook? sosial şəbəkəsində ölkə vətəndaşlarına müraciət edərək onları martın 11-də keçiriləcək etiraz aksiyasına qoşulmağa çağırmışdır. Həmin gün saat 12.00-dan başlayaraq aksiya təşkilatçılarının tərəfdarları, ümumi sayı 100 nəfərədək olan ayrı-ayrı kiçik qruplarla paytaxtın müxtəlif küçələrində ictimai qaydanı, əhalinin dincliyini nümayişkaranə şəkildə pozmuş və metronun ?28 may? stansiyası yaxınlığında toplaşmağa cəhd göstərmişlər. Görülmüş tədbirlərlə belə qanunazidd hərəkətlərin qarşısı alınaraq 43 nəfər saxlanılmışdır. Onlardan asayişin mühafizəsi vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayan 20 nəfərinin əməlləri ərazi polis bölmələrində müvafiq qaydada sənədləşdirilərək toplanmış materiallar qanunla müəyyən edilmiş tədbirlərin görülməsi üçün aidiyyəti məhkəmələrə göndərilmişdir. İzahatları alınmış daha 23 nəfər, hüquqazidd hərəkətlərin yolverilməzliyi barədə rəsmi xəbərdarlıq edildikdən sonra buraxılmışlar. Respublikanın digər şəhər və rayonlarında qanunsuz aksiya keçirmək cəhdi qeydə alınmamışdır. Gələcəkdə toplantı adı altında ictimai qaydanı pozmaq və qarşıdurma yaratmaq niyyətində olanların nəzərinə çatdırılır ki, daxili işlər orqanları tərəfindən ölkə vətəndaşlarının hüquqlarının, azadlıqlarının, qanuni mənafelərinin qorunması prinsiplərinin aliliyi və ictimai təhlükəsizliyin təmin edilməsi naminə qanunvericiliyə zidd olan bütün hərəkətlərin qarşısı qətiyyətlə alınacaqdır".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA