"Böyük Xalq Günü?nü ilə bağlı aksiya bazlayıb

img

11-03-2011 [12:22]


Səhər saatlarından metronun ?28 May? stansiyasının qarşısında aktivlik var. Əsasən polis əməkdaşlarından və media nümayəndələrindən ibarət qələbəlik olsa da, xeyli gənc də əraziyə toplaşıb. Qeyd edək ki, burada toplaşmaq istəyən və aktivliyi ilə seçilənləri polis saxlayır. Artıq bir neçə nəfərin saxlandığıni bildiriblər. Saxlanılanlardan birinin Camal Mirzəməmmədovdur. O, Yeni Azərbaycan Partiyasının üzvü olduğunu, Səbail rayon İcra Hakimiyyətində işlədiyini deyib. Metrostansiyasının qarşısındasa görüş təyin etdiyini bildirib. Həmin ərazidə Çevik Polis Alayının əməkdaşları, mülki geyimlilər gəlib-gedənlərə nəzarət edir, burda dayananların, xüsusən də gənclərin kimliyi ilə maraqlanırlar, sənədlərini istəyirlər. Metrostansiya qarşısında Post Patrul Xidmətinin çoxsaylı avtomobilləri də toplaşıb. Səməd Vurğun bağının yaxınlığında dörd nəfər saxlanıb. Saxlanılanlar yazar Əli Əkbər, ?Nida? Vətəndaş Hərəkatının üzvləri Zaur Qurbanlı və Turqut Qəmbərdir. Onlar qırmızı köynək geyiblərmiş.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA