Meriya Müsavata "yox" dedi

img

10-03-2011 [04:20]


Müsavat Partiyasının martın 12-də keçirəcəyi mitinqlə bağlı müraciətinə Bakı şəhər İcra Hakimiyyəti "yox" cavabı verib. Bu barədə partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib. Onun sözlərinə görə, Bakı şəhər İcra Hakimiyyəti növbəti dəfə sərbəst toplaşmaq azadlığa haqda qanunu pozaraq müraciət edilən yerdə kütləvi aksiya keçirməyə razılıq verməyib. "Bakı şəhər İH həmin ərazidə nəqliyyatın intensiv işlədiyi üçün mitinqin təhlükəsizliyinə təminat verə bilməyəcəklərini əsas gətirərək kütləvi aksiyaların keçirilməyinə razılıq verməyib?,- deyən A.Hacılı icazə verilməsinə baxmayaraq partiyanın mitinqi keçirəcəyini bildirib. Müsavat yetkilisi şəhərin mərkəzi meydanlarının birində mitinqi keçirmək qərarındadırlar. Xatırladaq ki, Müsavat Partiyası kütləvi aksiyaları "Təbriz" kinoteatrının qarşısında keçirməyi planlaşdırmışdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA