Fizuli Ələkbərov daha bir müzavirə keçirib

img

10-03-2011 [03:52]


Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əhaliyə göstərilən tibbi-sosial ekspertiza xidmətinin təşkili və əlillərin reabilitasiyası sahəsində mövcud vəziyyətin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan müşavirə keçirilib. Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, müşavirədə nazir Fizuli Ələkbərov əlillik müayinələrinin aparılması sahəsində şəffaflığın və ədalətliliyin təminatının əsas vəzifələrdən biri olduğunu vurğulayaraq bu sahədə korrupsiya hallarına yol verən, fəaliyyəti vətəndaşlarda haqlı narazılıq yaradan komissiyalar barədə ciddi tədbirlər görüləcəyini, qanunsuz əlillik təyinatlarına yol verən əməkdaşlar haqqında dərhal hüquq-mühafizə orqanlara məlumat veriləcəyini deyib. Əlillərin yaşadıqları yerlərdə müayinələrinin aparılması üçün səyyar ekspertiza qruplarının təşkili, vətəndaşların tibbi-sosial ekspertiza xidməti ilə bağlı ərizə və şikayətlərinin yerindəcə araşdırılması üçün Respublika Tibbi-Sosial Ekspert və Bakı Protez-Ortopedik Bərpa mərkəzlərinin mütəxəssislərinin, həmçinin nazirliyin məsul əməkdaşlarının bölgələrə ezam olunması, bu işlərdə ictimai təşkilatların iştirakına şərait yaradılması, əlillərlə bağlı vahid məlumat bazasına müddətsiz əlillər haqqında dolğun məlumatların daxil edilməsi işlərinin sürətləndirilməsi məsələlərinə dair müvafiq göstərişlər verən nazir, eyni zamanda, əlillərə göstərilən bərpa-müalicə xidmətindən də söz açıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA