Martın 27-də yay vaxtına keçəcəyik

img

10-03-2011 [01:27]


Mart ayının sonuncu bazar günü Azərbaycan ərazisində yay vaxtına keçid tətbiq olunacaq. Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, martın 27-də saat 04:00-da saatların əqrəbi 1 saat irəli çəkiləcək. Bununla da, həmin andan etibarən Azərbaycanda yay vaxtına keçid tətbiq olunmuş sayılacaq. Xatırladaq ki, Azərbaycanda yay vaxtına keçid Nazirlər Kabinetinin qərarı əsasında 17 mart 1997-ci ildən həyata keçirilir. Nazirlər Kabinetinin qərarına əsasən, martın son bazar gününə keçən gecə Azərbaycan yay vaxtına keçir və saatlar bir saat qabağa çəkilir. Oktyabrın son bazar gününə keçən gecə isə qış vaxtına keçir olur və saatlar bir saat geri çəkilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA