Azərbaycanda 30 mindən çox insan sənədsiz miqrant yazayır

img

10-03-2011 [12:41]


?Azərbaycan Miqrasiya Mərkəzi? İctimai Birliyi ?Əməyin istismarına qarşı birgə mübarizə? layihəsi çərçivəsində ?Vətəndaşlığı olmayan və sənədsiz şəxslərin sayının artmasına şərait yaradan hallar?la bağlı mətbuat konfransı keçirib. Tədbiri giriş sözü ilə açan İctimai Birliyin rəhbəri Əlövsət Əliyev ölkədə vətəndaşlığı olmayan və sənədsiz şəxslərin sayının artmasına şərait yaradan hallar barəsində məlumat verərək bildirib ki, 2010-cu il ərzində İctimai Birliyə müraciət edən şəxslərin sayı 1023 nəfər, telefonla hüquqi məsləhət almaq üçün müraciət edən şəxslərin sayı isə 1119 nəfər olub. Daxil olan hər bir müraciət üzrə problemi olan şəxslərin adlarından, o cümlədən 200 nəfərdən artıq şəxsin problemi ilə bağlı ?Azərbaycan Miqrasiya Mərkəzi? İctimai Birliyinin adından müvafiq dövlət orqanlarına müraciətlər göndərilib. Etibarlı sənədi olmayan 74 nəfər şəxs üçün şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı müraciətə edilmiş əsassız imtina, vətəndaşlığı olmayan şəxs statusunun alınması, şəxsiyyət vəsiqələrinin fəaliyyətsizləşdiriləsi haqqında qərarın ləğv edilməsi ilə bağlı məhkəmələrə müraciətlər hazırlanıb. Müraciət edən şəxslərin əksəriyyətini Ermənistan, Türkiyə, Gürcüstan, Rusiya Federasiyasında doğulanlar təşkil edir. Bundan başqa, müraciət edənlərin arasında İran, Hindistan, Bosniya və Hersoqovina, Çin, Böyük Britaniya, Filippin, Ukrayna, Pakistan, Malayziya, Qazaxıstan, Özbəkistan, Almaniya, Türkmənistan, Nigeriya, Tacikistan, İtaliya, ABŞ və digər ölkələrdən olan şəxslər də olub. Ə. Əliyev bildirib ki, qeyri-rəsmi məlumatlara görə, hazırda ölkədə 30 mindən çox insan sənədsiz və ya etibarsız sənədlərlə və ya statusu müəyyən olunmayan vəziyyətdə yaşayır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA