?Hakimiyyətin repressiv siyasəti ölkəni xaosa sürükləyə bilər?

img

09-03-2011 [03:39]


Azərbaycan Demokrat Partiyası son günlər bir sıra gənc fəalların müxtəlif bəhanələrlə həbs olunmasını pisləyən bəyanat qəbul edib. MIA-ya daxil olan bəyanatda deyilir: ?ADP son günlərdə bir neçə gənc siyasi fəalın ? Cabbar Savalanlı, Bəxtiyar Hacıyev, Dəyanət Babayev, Səxavət Soltanlı, Rəşadət Kazımovun müxtəlif bəhanələrlə həbs olunmasını və fəal gənclərə qarşı siyasi motivlərlə təqib kompaniyasının aparılmasını yolverilməz hesab edir və bu addımları qətiyyətlə pisləyir. ADP hesab edir ki, kütləvi etiraz aksiyaları təşkil etmək istəyən vətəndaşlara, o cümlədən gənclərə qarşı repressiyalar həyata keçirməklə hakimiyyət nəinki öz niyyətlərinə çata bilməz, əksinə bu cür üsullarla etirazları daha da alovlandıra və ölkəni xaosa sürükləyə bilər. ADP bir daha hakimiyyəti siyasi iradə nümayiş etdirərək həbsləri dayandırmağa, xalqın səsinə qulaq asmağa, etirazların motivlərini araşdırmağa, geniş siyasi və iqtisadi islahatlar həyata keçirməyə və həbs olunmuş gəncləri dərhal azad etməyə çağırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA