Vüqar Bayramov beynəlxalq konfransa sədrlik edəcək

img

09-03-2011 [03:27]


İqtisadi Keçid üzrə Beynəlxalq Mərkəz Norveç və İslandiya hökumətlərinin dəstəyi ilə ?Avro-inteqrasiya: Yaxın Qonşuluq və Şərqi Tərəfdaşlıq Təşəbbüsləri? mövzusunda martın 10-dan 14-dək Macarıstanın paytaxtı Budapestdə beynəlxalq konfrans təşkil edir. Konfransda dünyanın aparıcı beynəlxalq qurumların- BMT, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Komisiyası və eləcə də bir sıra ölkələrin dövlət rəsmilləri iştirak edəcək. Tədbirdə Azərbaycanı təmsil edən İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri Vüqar Bayramov eyni zamanda konfransın iqtisadi panellərinə sədrlik edəcək. İSİM-dən yayılan xəbərə görə, Vüqar Bayramov ?Regional Əməkdaşlıqda İqtisadiyyatın Rolu? mövzusunda təşkil edilən panellərə sədrlik edəcək. Həmin panellərdə BMT, Beynəlxalq Valyuta Fondu, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Avropa Komissiyası və eləcə də Macarıstan və Belçika Hökimətlərinin rəsmilləri çıxış edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA