Keçmiz YAP-çı ilham Əliyevə yenidən müraciət etmək məcburiyyətində qalıb

img

09-03-2011 [03:13]


109 saylı Balakən Seçki Dairəsindən deputatlığa namizəd olmuş, əsassız olaraq partiya sıralarından xaric edilmiş Yeni Azərbaycan Partiyasının keçmiş üzvü Məhəmməd Nooyev prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun przidenti, millət vəkili Mehriban Əliyevaya pozulmuş hüquqları ilə bağlı növbəti dəfə müraciət edib. M.Nooyevin MİA-ya daxil olan müraciətində deyilir: ?Cənab Prezident! Mən dəfələrlə kobudcasına pozulmuş hüquqlarımın müdafiəsi üçün Siz və Mehriban xanıma müraciət etmişəm. Lakin uzun müddət keçməsinə baxmayaraq, bu günə kimi heç bir cavab və nəticə əldə edə bilməmişəm. Bunun səbəbini göndərdiyim məktub və teleqramların Sizə çatmaması ilə bağlı olduğunu düşünürəm. Məqsədim mətbuat konfransı keçirməklə bu məsələni yenidən Sizin diqqətinizi cəlb etmək olduğunu düşünürəm. Mənim üçün çox ağırdır ki, Azərbaycan vətəndaşı olaraq azsaylı avar xalqının nümayəndəsi kimi öz səsimi Sizə Beynəlxalq təşkilatlar vasitəsi ilə eşitdirim. İnanın ki, bu mənim üçün olduqca ağır və yolverilməzdir, lakin mən buna məcburam?. Xatırladaq ki, M.Nooyev 1993-1998-ci illərdə Heydər Əliyevin, 2003-2008-ci illərdə isə prezident İlham Əliyevin seçki kampaniyasında YAP-ın təbliğat-təşviqat komissiyasının üzvü kimi kampaniyalarda Balakən-Zaqatala rayonlarında yaxından iştirak edib, həm də dövlət tədbirlərində avar millətinin təmsilçisi olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA