iki gün ərzində ölkə ərazisində buludlu, dumanlı hava müzahidə ediləcək

img

09-03-2011 [01:44]


Bakıda və Abşeron yarımadasında həftəsonuna kimi yağıntılı hava şəraiti hökm sürəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, martın 10-da havanın buludlu olacağı, əsasən gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, gündüz havanın arabir açılacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 1-3? isti, gündüz 5-7? isti olacaq. Martın 11-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Axşama doğru yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-3? isti, gündüz 5-8? isti təşkil edəcək. Azərbaycanın rayonlarında sabah fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman üşahidə ediləcəck. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-4? isti, gündüz 5-10? isti, dağlarda gecə 3-8? şaxta, gündüz 2? şaxtadan 3?-dək isti olacaq. Martın 11-də də də fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı,səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 0-4? isti, gündüz 6-11? isti, dağlarda gecə 3-8? şaxta, gündüz 2? şaxtadan 3?-dək isti təşkil edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA