Nazirin qızı ilə merin oğlu barızdı

img

08-03-2011 [04:26]


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəhbəri Əli Abbasovla Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun övladları məhkəmə zalında barışıblar. Xatırladaq ki, bir neçə il əvvəl nazirin qızı Ülkər Abbasova ilə merin oğlu İsrafil Abutalıbov Nəsimi Rayon Məhkəməsinin qərarı ilə boşanıblar. Ancaq o vaxtdan onların arasında övladları ilə bağlı anlaşılmaz həll edilməmiş qalıb. Merin oğlu övladı ilə görüşə bilmədiyi üçün məhkəmədən görüş günlərinin təyin edilməsini xahiş edirdi. Bu məqsədlə də İsrafil Abutalıbov Binəqədi Rayon Məhkəməsində iddia qaldırsa da, sözügedən məhkəmədə hakim onun tələblərini rədd etmişdir. Merin oğlu rayon məhkəməsinin qərarından verdiyi apellyasiya şikayətinə isə bu günlərdə baxılıb. Müstəqil İnformasiya Agentliyinə Bakı Apellyasiya Məhkəməsindən daxil olan məlumata görə, martın 3-də hakim Saqi Məmmədov nəhayət, iş üzrə qərarını elan edib. Daha dəqiqi, tərəflər arasında məhkəmə zalında barışıq olduğu üçün hakim iş üzrə icraata xitam verib: ?Hakim tərəflər arasında bağlanmış sazişə əsaslanaraq, Binəqədi Rayon Məhkəməsinin qətnaməsini ləğv etdi, iş üzrə icraata xitam verdi?. Məhkəmədən verilən məlumata görə, barışıq sazişi yalnız uşaqla görüş günlərinin müəyyənləşdirilməsi ilə bağlıdır. Yəni bu, ailənin yenidən bərpası demək deyil.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA