Həkimlərin sertifikasiyası məqsədilə keçirilən test imtahanının nəticələri açıqlanıb

img

07-03-2011 [03:45]


Səhiyyə Nazirliyinin həkimlərin sertifikasiyası məqsədilə martın 2-də keçirdiyi test imtahanının nəticələrini açıqlayıb. Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, mamalıq-ginekologiya və pediatriya ixtisasları üzrə keçirilən imtahanda ümumilikdə 122 həkim iştirak edib. İştirakçılardan 5 həkim 100 bal toplayaraq ən yüksək nəticələri göstəriblər. Ümumilikdə isə imtahanda iştirak edən həkimlərin 98 faizi (119 nəfər) uğurlu nəticələr əldə edib. Budəfəki imtahanda 3 nəfər ikinci mərhələyə keçmək üçün tələb olunan 60 balı toplaya bilməyib. Həmin tibb işçilərindən biri 57, ikincisi 52, üçüncüsü isə cəmi 42 bal toplaya bilib. Xatırladaq ki, imtahanın şərtlərinə əsasən, həkimlər 3 saat ərzində 100 sualdan ən azı 60 suala düzgün cavab verməlidir. Hər sual 1 balla qiymətləndirilir. Bu şərti ödəyən həkimlər növbəti mərhələyə - 5 il müddətinə sertifikat almaq üçün müsahibəyə buraxılır. İmtahanda 60 baldan aşağı nəticə göstərənlər isə yenidən imtahan verməlidir. İkinci imtahanda da tələb olunan keçid balını toplaya bilməyən həkimlərin praktik tibb fəaliyyəti göstərə bilməzlər. Onlar yalnız bir müddət də hazırlaşıb yenidən imtahan verməli və sertifikasiya üçün tələb olunan balı toplamalıdırlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA